Şəhər meri minaya düşüb
31 Mart 2009 Çərşənbə Axşamı 22:10
Mer həlak olub, onu müşaiyət edən iki nəfər və təsadüfən ərazidən keçən iki şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb

Əfqanıstanın qərbindəki Host şəhərinin meri bu axşam minaya düşərək həlak olub. Məlumatı jurnalistlərə yerli polisin nümayəndəsi verib. Məlumatda deyilir ki, mer və onu müşaiyət edən iki şəxsin olduğu avtomobil qiyamçılar tərəfindən şəhərin şimal-qərbində quraşdırılmış minaya düşüb. Nəticədə mer həlak olub, onu müşaiyət edən iki nəfər və təsadüfən ərazidən keçən iki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar