Səfirlikdə bomba həyəcanı
12 Aprel 2010 Bazar Ertəsi 21:00
Serbiyanın Ankaradakı səfirliyi önündə aşkar edilən şübhəli qutu boş çıxıb.
Türkiyənin paytaxtı Ankarada Serbiya səfirliyinin önündə aşkar edilən şübhəli qutu polisi hərəkətə keçirib. Səfirlik binası qarşısında aşkar edilən karton qutu barədə vətəndaşların polisə məlumat verməsindən sonra ərazidə təhlükəsizlik tədbirləri görülüb, partlayış mütəxəssisləri çağırılıb.
Mütəxəssislərin qutunu uzaqdan idarə olunan dinamitlə partlatmasından sonra karton qutunun boş olması aydınlaşıb. Səfirlik ətrafında görülmüş təhlükəsizlik tədbirləri ilə əlaqədar 45 dəqiqə müddətində ərazidə nəqliyyatın və insanların gediş-gəlişi məhdudlaşdırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: