Səfirlik əməkdaşının həbsi təsdiqləndi
15 May 2013 Çərşənbə 02:37
ABŞ Dövlət Departamenti Moskvadakı olayla bağlı açıqlama verib.
ABŞ Dövlət Departamenti ölkənin Rusiyadakı səfirliyinin əməkdaşının həbsini təsdiqləyib. Bunu Dövlət Departamentinin nümayəndəsi Patrik Ventrel deyib. O bildirib ki, səfirliyin əməkdaşı tutulsa da, qısa müddətdən sonra sərbəst buraxılıb.
Bununla yanaşı Ventrel diplomatın kəşfiyyatla məşğul olması haqqında məlumatları şərh etməyib.
DOSTLARINLA PAYLAŞ: