Səfirlik binasına raket atıldı
25 İyul 2013 Cümə Axşamı 15:12
Liviyadakı BƏƏ səfirliyi naməlum şəxslərin hücumuna məruz qalıb.
Liviyanın paytaxtı Tripolidə Birləşmiş Ərəb Əmirlikləri səfirliyinə hücum olub. Bir qrup silahlı şəxs səfirlik binasına raket atıb. Şahidlərin sözlərinə görə, avtomobillə hərəkət edən silahlılar səfirliyə çatanda avtomobildən raket atıblar. Nəticədə səfirlik binasına ziyan dəyib, binanın divarında nəhəng dəlik meydana gəlib.
Hücum nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Hazırda Tripoli polisi hücumun kimlər tərəfindən həyata keçirildiyini araşdırır.
DOSTLARINLA PAYLAŞ: