Səfirin 2011-ci il arzuları
29 Dekabr 2010 Çərşənbə 06:20
Səfirin “Twitter” səhifəsindəki ilk arzusu ABŞ-ın Ankaraya səfir təyin etməsidir
Türkiyənin Vaşinqton səfiri Namiq Tan ictimai şəbəkə saytı olan “Twitter”də qarşıdan gələn 2011-ci il üçün arzularını açıqlayıb.

Səfirin “Twitter” səhifəsindəki ilk arzusu ABŞ-ın Ankaraya səfir təyin etməsidir. Qeyd edək ki, iyulun 31-də vəzifə müddəti başa çatan Ankara səfiri Ceyms Cefrinin yerinə hələ də səfir təyin olunmayıb. Cefrinin əvəzinə nəzərdə tutulan Frank Rikkardonenin təyinatı isə indilik təxirə salınıb.

Səfir Tanın ikinci arzusu isə iki ölkə arasındakı biznes əlaqəsi barədədir. Namiq Tan bu dəfə Türkiyə ilə ABŞ arasındakı ticarət dövriyyəsinin çoxalmasını arzulayıb.

Qondarma erməni soyqırımı müzakirələrindən narahat olan səfir üçüncü arzusunda, senatda mübahisəli tarixi mövzular əvəzinə konkret problemlər üzərində daha çox enerji sərf olunmasını arzulayıb.

Qeyd edək ki, 2011-ci il üçün “Twitter”də 7 arzusunu sıralayan türkiyəli səfir 7-ci arzusunda azarkeşi olduğu “Fənərbaxça”nın daha yaxşı oynamasını arzulayıb.

Xatırladaq ki, Namiq Tan “Twitter”də aktiv olan dövlət adamlarından biridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar