Səfirə sui-qəsd planında Rza Zərrab izi
25 Yanvar 2014 Şənbə 12:17
Adil el-Cubeyri öldürməyi planlaşdıran İran əsilli şəxs 1.5 milyon dolların Rza Zərrabın ödədiyi deyilir.
Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil el-Cubeyri 2011-ci ildə Vaşinqtonda bir restoranda öldürməyi planlaşdıran İran əsilli Mənsur Arbabsiarın işini araşdıran FTB sui-qəsd üçün göndərilən 1.5 milyon dollarda Rza Zərrab izi tapıb.
ANS PRESS-in Hürriyet-ə istinadən verdiyi məlumata görə, pulu göndərənlər Zərrabın istifadı etdiyi Rococo iş mərkəzindəki şirkətlər olub.
Adil el-Cubeyrə sui-qəsd təşkil etdiyi bildirilən Mənsur Arbabsiara pulu Rza Zərrabın ödədiyi iddia edilir. Sui-qəsddə restoranda əyləşən onlarla müştərinin həyatı təhlükə altına düşəcəkmiş.
FTB İstanbula fəaliyyət göstərən Azra İdxal İxracat Ticarət Limited Şirkəti ilə Hacer Mücevherat ve Kuyumculuk Turizm şirkətlərindən sui-qəsd planından öncə Mənsur Arbabsiarın hesabına küli miqdarda pul köçürüldüyü müəyyənləşdirib.
Pul transferini həyata keçirdiyi iddia eilən Azra İdxal İxracat Ticarət Limited Şirkəti ilə Hacer Mücevherat ve Kuyumculuk Turizm şirkətlərinin İstanbul Ticarət Evində qeydiyyatdan keçdiyi deyilir. Bu iki şirkətin ünvanı isə Rococo iş mərkəzi olaraq göstərilir.
DOSTLARINLA PAYLAŞ: