Səfir Soma faciəsindən yazdı
14 May 2014 Çərşənbə 12:18
Faciəmizi paylaşan azərbaycanlı qardaşlarımıza təşəkkür edirik.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkəsini yasa boğan Soma faciəsindən yazıb.
ANS PRESS-in məlumatına görə, İsmayıl Alper Coşqun bu barədə öz "Twitter" səhifəsində məlumat paylaşıb: "Soma faciəsində ölənlərə rəhmət, yalananlara da Allah şəfa versin. Faciəmizi paylaşan azərbaycanlı qardaşlarımıza təşəkkür edirik”.
Qeyd edək ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yarnmış qısaqapanmanın səbəb olduğu bildirilir.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız mədən qəzasında ölənlərin sayının 201 nəfərə çatdığını açıqlayıb.
DOSTLARINLA PAYLAŞ: