Səfərdən qayıdan Ərdoğan ilk “Fənərbaxça”nı soruşdu
12 Aprel 2012 Cümə Axşamı 06:39
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Çin səfəri başa çatıb.
Çin səfərini başa vuraraq ölkəsinə qayıdan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilk olaraq “Fənərbaxça” futbol komandasının keçirdiyi qarşılaşmasının nəticəsini soruşdu. Anakara “Esenboğa” hava limanında gözləyən jurnalistlərlə söhbət edən baş nazir səfəri barədə açıqlama verməyib. Jurnalistlərin, “açıqlama olmayacaqmı?” – sualı qarşısında baş nazir sabah (bugün) Banqladeş baş nazirinin Türkiyəyə səfər edəcəyini, axşama isə özünün Səudiyyə Ərəbistanına səfər edəcəyini xatırladaraq necə olsa açıqlamaların da o zaman olacağını deyib.
Qeyd edək ki, baş nazir “Fənərbaxça” – “Kayserispor” arasında keçirilən Türkiyə “Ziraət” kuboku 4/1 final matçının nəticəsini soruşub. Jurnalistlər isə penaltılar sayəsində “Fənərbaxça”nın stadiondan qalib ayrıldığını deyib.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça” komandasının sadiq azarkeşidir.
DOSTLARINLA PAYLAŞ: