Səəd Həriri müxalifət sıralarına keçəcəyini deyib
15 Fevral 2011 Çərşənbə Axşamı 06:17
Yeni yaradılacaq hökumətə qarşı müxalifət olacağını deyən Həriri konstitusiyaya bağlı qalacaqlarını vurğulayıb
Livanda başlayan siyasi qalmaqaldan sonra ölkədə baş nazirlik vazifəsini müvəqqəti olarq icra edən Səəd Həriri müxalifət sıralarına keçəcəyini bildirib. Həriri bu barədə atası Rəfiq Həririnin sui-qəsdə qurban getməsinin 6-cı ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında deyib. Yeni yaradılacaq hökumətə qarşı müxalifət olacağını deyən Həriri konstitusiyaya bağlı qalacaqlarını deyib: “Biz indi müxalifətdəyik. Amma konstitusiyaya, Həriri sui-qəsdini araşdıran BMT Livan məhkəməsinə və Livan xalqını qeyri-qanuni silahların istifadəsindən qorumağa bağlı qalacağıq”.

Səəd Həriri həmçinin “Hizbullah”ı İsrailə qarşı istifadə etdiyi silahları da yerə qoymağa səsləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar