Sədi Qəddafinin Londondakı evi Liviya hökumətinə verildi
10 Mart 2012 Şənbə 03:26
Müvafiq addım İngiltərə Ali məhkəməsinin bu istiqaqmətdə verdiyi qərardan sonra mümkün atılıb
Sabiq lider Muammər Qəddafinin oğlu Sədi Qəddafiyə aid Londondakı lüks ev Liviya hökumətinə təhvil veriləvək. Müvafiq addım İngiltərə Ali məhkəməsinin bu istiqaqmətdə verdiyi qərardan sonra mümkün atılıb. Məlumata görə, məhkəmə Sədi Qəddafinin “Capitana Seas” şirkətinə Londonun şimalındakı Hampstead Garden bölgəsində olan 8 otaqlı evi Liviya hökumətinə təhvil verməyi əmr edib.
Məhkəmənin hakimi Oliver Poppluer 16 milyon dollar qiyməti olan evin 2009-cu ilin may ayında dövlət büdcəsindən götürülən pulla alındığını deyib.
Qeyd edək ki, Liviya hökuməti bu evin təhvil verilməsi üçün keçən il məhkəmə iddiası qaldırmışdı.
DOSTLARINLA PAYLAŞ: