Səddamın oğlu barədə çəkilən filmin premyerası oldu
14 Fevral 2011 Bazar Ertəsi 05:17
“Şeytanın Dublyoru” filmi illərlə Udaya dublyorluq edən iraqlı Lətif Yəhyanın həyatından danışır
İraqın sabiq lideri Səddam Hüseynin oğlu Uday Hüseynin həyatından bəhs edən filmin Almaniyada premyerası olub. 61-ci Berlin film festivalında nümayiş olunan “The Devil’s Double” (Şeytanın Dublyoru) filmi illərlə Udaya dublyorluq edən iraqlı Lətif Yəhyanın həyatından bəhs edir. Məlumata görə film, 1987-ci ildə İraq ordusunda xidmət edərkən çox bənzədiyi üçün Udaya dublyor olmağa məcbur edilən Yəhyanın yazdığı eyni adlı kitab əsasında çəkilib. Qeyd edək ki, filmdə baş rolu ingilis aktyor Dominik Kuper (Dominic Cooper) canlandırıb. Yaşadıqları barədə danışan Lətif Yəhya isə gecələr hələ də yata bilmədiyini deyib.
Xatırladaq ki, Səddamın oğlu Uday Hüseyn 2003-cü il iyunun 22-də Mosulda keçirilən əmlliyatda ölmüş olaraq ələ keçirilib.
DOSTLARINLA PAYLAŞ: