Səddam Hüseynin iki qardaşı edam ediləck
15 İyul 2011 Cümə 17:19
Edamın icrası bir ay ərzində başa çatacaq.
İraqın keçmiş prezidenti Səddam Hüseynin iki qardaşı da edam olunacaq. ANS PRESS-in Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, ABŞ ordusu onları tutaraq iraqlı həmkarlarına təslim edib. Təhvil verilənlər arasında devrilmiş keçmiş İraq rejiminin yüksək rütbəli beş məmuru ilə yanaşı, Səddam Hüseynin iki ögey qardaşı Vatban İbrahim Həsənlə Sabai İbrahim əl Tikritdə var.
İraqın Ədalət Nazirliyinin sözçüsü bu şəxslərin 1 ay ərzində edam ediləcəyini bildirib.
Xatırladaq ki, Səddam Hüseyn 2006-cı ildə edam edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: