Seçkidə uduzan lider sadəcə o oldu
31 Mart 2014 Bazar Ertəsi 06:01
Kamal Kılıçdaroğlunun vətənində PKK terror təşkilatının siyasi cinahı qalib oldu.
Türkiyənin Tunceli vilayətində bələdiyyə seçkisinin qalibi PKK terror təşkilatının siyasi cinahı olan Sülh və Demokratiya (BDP) partiyasının namizədi Mehmet Əli Bul oldu.
ANS PRESS-in xəbərinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun vətəni olan bu vilayətdə həmin partiyanın qalib olması gözlənilirdi.
Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Əroğanın vətəni Rizede sədri olduğu AKP, Dövlət Baxçalının vətəni Osmaniyədə sədri olduğu MHP qalib gəlib.
Sosial şəbəkə istifadəçiləri bu səbəbdən Kamal Kılıçdaroğlunu bu seçkidə uduzan yeganə lider olduğunu yazır.
DOSTLARINLA PAYLAŞ: