Seçki pulunu mənimsəmiş parlament üzvü tutuldu
14 Avqust 2013 Çərşənbə 22:54
Demokrat Partiyasının “parlayan ulduzu” söndü.
ABŞ məhkəməsi keçmiş Cessi Ceksona seçkiqabağı ianələri xərclədiyinə görə 30 ay həbs kəsib. ANS PRESS Amerika mətbuatına istinadən bildirir ki, Cekson ianə kimi qəbul etdiyi 750 min dolları, üstəgəl dəyəri 40 min dollar olan “Rolex” saatını şəxsi məqsədləri üçün xərcləyib.
Müttəhim öz günahını etiraf edib. Tanınmış hüquq müdafiəçisi Cessi Ceksonun oğlu olan oğul Cekson İllinoys ştatından 1995-2012-ci illərdə konqressmen seçilib. Oğul Cekson Demokrat Partiyasının “parlayan ulduzu” olub və 2008-ci ildə Barak Obamanın seçki kampaniyasının həmrəhbəri olub. O, 2012-ci ildə sağlamlığındakı problemlər üzündən konqressdən istefa verib.
DOSTLARINLA PAYLAŞ: