Seçki öncəsi terror dəhşəti
06 Mart 2010 Şənbə 20:20
Seçki öncəsi terror dəhşəti. Bu dəfə hədəfdə iranlı hacılar olub.
İraqda sabah keçiriləcək seçki öncəsi terror hücumlarının da sayı artıb. Şiələrin müqəddəs şəhərlərindən bir hesab olunan Nəcəfdə baş verən hücumda 4 nəfər həlak olub, 54 nəfər isə yaralanıb.
Partlayış əsasən şiə təriqətindən olan hacıların ziyarət etdiyi İmam Əli məscidində baş verib. Minalanmış avtobillə həyata keçirilən hücum nəticəsində yaralananlar arasında səsəvermədə iştirak etmiş iraq təhlükəsizlik qüvvələrinin əməkdaşları da olub.
Yaralıların əksəriyyətinin və ölənlərin iranlı olması bildirilir. İraqdakı bir çox qruplar və Amerika qüvvələri Tehran rejiminin ölkədəki seçkilərə təsir etməyə çalışdığı qənaətindədir.
Sabah keçiriləcək seçkilərlə bağlı isə ciddi təhlükəsizlik təbirləri görülüb. Xatırladaq ki, seçki öncəsi həyata keçirilən terror hücumları nəticəsində indiyə qədər 45 nəfər şəxs həlak olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: