Seçki günü hər şeyi seçki bülletenləri həll edir
19 Sentyabr 2013 Cümə Axşamı 10:32
Suriya prezidenti: Mənim istefaya getməyimlə bağlı son qərarı yalnız Suriya xalqı verəcək.
Bəşər Əsəd 2014-cü il prezident seçkilərində iştirak edəcəyi ilə bağlı qərarını hələ də qətiləşdirməyib.

ANS PRESS-in İtar-Tass-a istinadən verdiyi xəbərə görə, Amerikanın "Fox News" telekanalına müsahibə verən Suriya prezidenti bildirib ki, prezident seçkiləri ilə bağlı xalqın iradəsinə tabe olmaq lazımdır: “Əgər yaxın vaxtlara qədər xalqın arzularını ifadə edə bilsək, o zaman mənim seçkilərə qədər qərar qəbul etmək imkanım olacaq”.

Jurnalistin – “xalqınızın xeyrinə istefaya verməyə hazırsınızmı” – sualına cavab verən B.Əsəd qeyd edib ki, bununla bağlı qərarı yalnız Suriya xalqı verə bilər.

“Seçkilər günü hər şeyi seçki bülletenləri həll edir” – deyən Əsəd vurğulayıb ki, nə dost, nə düşmən bu qərarı vermək iqtidarında deyil: “Hətta bizimlə yaxından dostluq edən Rusiya belə, Suriyanın daxili işlərə qarışmır. Bunu yalnız ABŞ və bəzi “marionetkaları” edə bilər”.

Əsədin sözlərinə görə, Suriya vətəndaşlarının əksəriyyəti əvvəlcə hakimiyyətə qarşı çıxdı, ancaq terrorizmin və dini ekstremizmin təzahürləri ilə qarşılaşdıqdan sonra hökuməti dəstəkləməli oldular.


DOSTLARINLA PAYLAŞ:

oyunlar