Şayiə: Karla Bruninin oğlu olub
15 Oktyabr 2011 Şənbə 00:10
Prezident Administrasiyası birinci xanımın ana olması ilə bağlı rəsmi məlumat yaymaq niyyətində deyil.
Fransada şayiə yayılıb ki, ölkənin birinci xanımı Karla Bruni dünyaya oğlan övladı gətirib. ANS PRESS-in Rusiyanın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu məlumatı Fransanın əsasən kiçik xəbər saytları “təcili” qeydi ilə yayıblar. Ciddi nəşrlər isə qeyri-rəsmi məlumatı yaymamağa üstünlük verirlər və sükutlarını qoruyurlar.

Jurnalist və paparatsilər Parisdə bir neçə gün əvvəl Fransanın birinci xanımının aparıldığı “Lya-Myuett” klinikasının qarşısında növbə çəkirlər.

Oktayabrın 12-də də Nikola Sarkozi-Karla Bruni cütlüyünün oğlunun olması barədə məlumat yayılmışdı. RTL2 radiosunun aparıcısı Yelisey sarayındakı mənbəyə istinadən bildirmişdi ki, Fransanın birinci xanımının Vadim adlı oğlu olub.

Prezident Administrasiyasında dəfələrlə bildiriblər ki, prezident ailəsində bvladın dünyaya gəlməsi ilə bağlı rəsmi məlumat verilməyəcək. Karla Bruninin özü də bəyan edib ki, analıq hissini əsas götürərək, körpəni KİV-in diqqətindən kənar saxlamaq üçün hər şeyi edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar