Saxta sürücülük vəsiqələrinə qarşı əməliyyat
15 Fevral 2010 Bazar Ertəsi 22:10
Saxta sürücülük vəsiqələrinə qarşı əməliyyat. Türk polisi 100-dən çox adamı həbs edib.
Türk polisi saxta sürücülük vəsiqəsi almaq istəyənlərə qarşı geniş çaplı əməliyyat keçirib. İmtahanlar zamanı saxtakarlıqların edilməsi barədə məlumat alan polis sürücülük kursu sahiblərinin telefonlarını dinlədikdən sonra çoxsaylı həbslərə başlayıb.

Batman bölgəsində aralarında imtahanda iştirak etmiş şəxslər də olmaqla 80 nəfər həbs olunub, 2000 nəfərin isə imtahan nəticəsi ləğv edilib.

Mardində isə başqalarının əvəzinə imtahan verən və onlara yardım edən 22 nəfər şəxs həbs olunub. Mardin Polisinin məlumatına görə, 22 nəfərin barəsində cinayət işi qaldırılmaqla yanaşı 16 şəxsin də axtarışı elan edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar