Saxta pilotun 10 min saat uçuşu
04 Mart 2010 Cümə Axşamı 20:50
Lisenziyasız pilot uçuşa hazırlaşarkən həbs olunub
Türkiyənin “Corendon” şirkətinə məxsus olan Boeing 737 təyyarəsi pilotunun 13 ildir ki, saxta lisenziyadan istifadə etdiyi məlum olub. 101 sərnişinlə Amsterdam-Ankara istiqamətində hərəkət edəcək təyyarənin pilotu uçuşdan öncə həbs olunub. Milanda yaşayan 47 yaşlı isveçlinin Avropanın müxtəlif avia şirkətlərinin əməkdaşı kimi 10 min saatdan çox uçduğu bildirilir.

Polisə daxil olan məlumatlar əsasında aparılan yoxlamalar, pilotun vaxtı ötmüş bir ticarət lisenziyasına sahib olduğunu, sərnişin təyyarəsini idarə etmək üçün isə icazəsinin olmadığını üzə çıxarıb.

Adı açıqlanmayan şəxsin 13 il müddətində Belçika, İngiltərə və İtaliyadakı müxtəlif şirətlərlə işlədiyi, son iki ildə isə türk şirkətinin əməkdaşı olduğu bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar