Saxta həkimin "şəfalı ayaqları"
22 Dekabr 2009 Çərşənbə Axşamı 10:35
Saxta həkimin "şəfalı ayaqları". Hindli kişi uşaqları tapdalayaraq müalicə edirmiş.
Hindistanda baş verən dəhşətli hadisə bütün dünyanı ayağa qaldırıb. Belə ki, Jamun Yadav adlı hindlinin müalicə etmək adı ilə azyaşlı uşaqların üstünə çıxdığı şəkilləri yayılıb. Ölkənin şərqindəki Katihar şəhərində yaşayan 50 yaşlı hindli ayaqlarının "şəfalı olduğunu" iddia edib.

Yalançı həkimin müalicə üsullarından xəbər tutan valideynlər dərhal polisə müraciət ediblər.

Polis tərəfindən saxlanılan Yadav Allahın adından danışdığını və özünümüdafiəyə ehtiyacı olmadığını iddia edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar