Saxta diplom rektor həbs edilib
22 Oktyabr 2010 Cümə 18:30
İosif İobaşvili diplomu Azərbaycan vətəndaşına satıbmış.
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Humanitar Tibb Universitetinin rektoru həbs edilib. Məlumata görə, Kvemo-Kartli bölgə polisi universitetin rektoru İosif İobaşvili, prorektor Berdi Xumosulidze, müəllim Nizami Həsənov və katibə Sədaqət Vəliyevanı Azərbaycan vətəndaşına saxta diplom satdıqları üçün saxlayıb.
Hadisə barədə Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: