Saxalinin cənubunda 4, 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Oxot dənizindən 20 mil şimal-şərq istiqaməti olub. Yer qabığının tektonik tərpənməsi dənizin dibində 330 km dərinlıkdə baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat verib.
Qeyd etmək lazımdır ki, bu, ötən həftədən bəri Saxalində baş vermiş ikinci zəlzələdir. Bundan əvvəlki 4 bal gücündə qeydə alınmış zəlzələ adanın şimal-şərq sahilinə yaxın ərazidə mayın 24-də baş vermişdi. /ANSPRESS/