Şaumyanın kötükcesi Qarabağa gedib
08 Sentyabr 2013 Bazar 19:30
Mariya Şaumyanı separatçı rejimin başçısı Bako Saakyan çox isti qarşılayıb.
26 Bakı komissarlarının rəhbəri, 1918-ci il Bakı mart qırğınlarının əsas ideoloqlarından olmuş Stepan Şaumyanın kötükcəsi, hazırda Qərb ölkələrinin birində yaşayan Mariya Şaumyan Xankəndinə gəlib.
ANS PRESS-in musavat.com-a istinadən məlumatına görə, Mariya Şaumyan və onu müşayiət edən qonaqları burada separatçı rejimin başçısı Bako Saakyan çox isti qarşılayaraq qəbul edib.
Daha sonra Şaumyanın onunçün təşkil edilən təntənəli mərasimə qatıldığı bildirilir.
DOSTLARINLA PAYLAŞ: