Saturnun həlqəsində qeyri-adi cismlər peyda olub .
26 Aprel 2012 Cümə Axşamı 06:39
Aşkarlanan izlər həmin həlqənin biz düşündüyümüzdən də dinamik olduğunu göstərir.
Amerika Beynəlxalq Kosmik Araşdırmalar Agentliyinin (NASA) planetlərarası avtomatik stansiyası vasitəsilə əldə etdikləri şəkillər Saturn planeti ətrafında çox müəmmalı, işıq saçan obyektlər aşkarlayıb. Bu obyektlərin diametri təxminən 1 km-dir. Obyektlər Saturnun həlqəsindən keçərək hərəkət ediblər və trayektoriyaları boyu parıldayan izlər qoyublar. Alimlər həmin izləri “Mini jetlər” adlandırıblar. Qəribə obyektlər barədə məruzə Vyanada keçiriləcək Avropa elmi konfransında açıqlanacaq. Alimlər hesab edir ki, bu həlqə Saturn ətrafındakı həlqələr arasında ən müəmmalısıdır. Aparatın aşkarladığı izlər isə həmin həlqənin biz düşündüyümüzdən də dinamik olduğunu göstərir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar