Satılan vətəndaşlıq
09 Avqust 2010 Bazar Ertəsi 18:15
Nobel mükafatı laureatı yeni sistem təklif edir.
Nobel mükafatına layiq görülmüş iqtisadçı Qari Becker inkişaf etmiş ölkələrdə əsas problemlərdən birinə çevirilmiş saysız hesabsız insan köçünün qarşısını almaq üçün yeni bir təklif irəli sürüb. Onun fikrincə, bu problemi həll etməyin ən yaxşı yolu vətəndaşlıq üçün müəyyən bir məbləğ təyin etməkdir.

Çikaqo universitetində professor olan Becker hesab edir ki, hər bir ölkədə vətəndaşlığın qiyməti bu ölkənin vətəndaşı olmaq üçün müraciət edənlərin sayına mütənasib olaraq hesablanmalıdır. Yəni ölkənin vətəndaşı olmaq istəyənlərin sayı nə qədər çoxdursa, bu məbləğ də bir o qədər uyüksək olmalıdır. Professoroun hesablamalarına görə, Amerika vətəndaşlığının qiyməti 50-100 min dollar arası ola bilər.

İqtisadçı imkanlı şəxslərlə yanaşı başqa ölkənin vətəndaşı olmaq istəyən kasıbları da yaddan çıxarmayıb. O, kasıblar üçün kredit sisteminə bənzəyən başqa bir metod təklif edir. Belə ki, 50 min dollar ödəməyə imkanı olmayan bu pulun sadəcə 10 faizini, yəni 5 min dollarını ilkin olaraq ödəyəcək. Yerdə qalan vəsaiti isə həmin şəxs işlədiyi müddətdə hissə-hissə ödəməli olacaq.

Backer bu cür sistemin tətbiqi ilə miqrant probleminin həll olunacağını, üstəlik qanunsuz miqarasiya ilə mübarizəyə sərf olunan külli miqdarda vəsaitə qənaət olunağına da inanır. Hesablamaya görə, ötən il 1 130 818 nəfər ABŞ vətəndaşı olmaq üçün qanuni yolla müraciət edib. Əgər iqtisadçının təklif etdiyi sistem tətbiq olunmuş olsaydı, adambaşına 50 min dollar hesabı ilə ölkə büdcəsinə 55 milyard xeyir vermək olardı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar