Sarksiyan Qərbə nəyi vəd edib?
16 Fevral 2011 Çərşənbə 20:33
"Aykakan Jamanak": "Ermənistan prezidenti söz verib ki, oliqarxların axırına çıxacaq"
Ermənistan prezidenti Serj Sarksiyan iri oliqarxların axırına çıxmaq qərarına gəlib. “Aykakan Jamanak” bu barədə hökumət strukturlarındakı mənbələri istinadən yazıb. Qəzetin yazdığına görə, Sarkisyan Qərbə söz verib ki, ölkədəki oliqarxların axırına çıxacaq. Nəşrin iddiasına görə, indi növbə İrəvanın meri Qaqik Beqlaryan, Samvel Aleksanyan və Ruben Ayrapetyanındır. Lakin koalisiyada yaranan problemlər, yəni “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın koalisiya haqda memorandumu imzalamaqdan imtina etməsi Sarksiyanı bu planını bir müddət kənara qoymağa vadar edir. Çünki həmin sənəddə deyilir ki, hakim koalisiya gələcək prezident seçkisində Serj Sarkisyanın namizədliyini dəstəkləyəcək.
Qəzet daha sonra yazır ki, yeni koalisiya memorandumunun müzakirəsi zamanı Qaqik Sarukyanla Ermənistanın milli təhlükəsizlik şurasının katibi Artur Baqdasaryan arasında münaqişə yaşanıb.
Xatırladaq ki, 2010-cu il 8 dekabr tarixində İrəvanın meri Qaqik Beqlaryan istefa verir. Beqlaryanın istefaya getməsinə isə Ermənistan prezident aparatının protokol şöbəsinin əməkdaşı ilə mer arasında baş verən münaqişə səbəb olub. Beqlaryan şöbənin "qəbahət işləyən" əməkdaşının cəzalandırılması üçün tədbir görüb. Belə ki, mer prezident aparatının əməkdaşını "Metaks" zavoduna aparıb və onu orada döyüb.
DOSTLARINLA PAYLAŞ: