Sarkoziyə içində güllə olan məktub göndərilib
05 Avqust 2009 Çərşənbə 17:35
Məktub sahibinin istefada olan hərbçi olduğu ehtimal edilir

 

Fransanın hüquq-mühafizə orqanları prezident Nikolya Sarkozinin içərisində təhdid dolu yazı və iri çaplı ov tufəngi gülləsi olan məktub aldığını bildiriblər. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, Monpelye şəhəri poçtundan göndərilən məktub 4 avqust tarixində təhlükəsizlik xidmətinin əlinə keçib.

Tədqiqat orqanlarının fikrincə, 2007-ci lin sonu - 2008-ci ilin əvvəlində Monpelye sakininin sağçı qüvvələrin nümayəndəsinə göndərdiyi təhdid dolu məktub ilə açıq-aşkar bağlılıq var.
Həmin kişi o zaman polis tərəfindən həbs olunaraq 2008-ci ilin yazında azadlığa buraxılıb.

Xatırladaq ki, o istefada olan hərbçidir. Ordudan getdikdən sonra elekton mühəndisi işləyib, daha sonra işdən qovulub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar