Sarkozinin oğlu Ukraynada zəhərləndi
25 Yanvar 2012 Çərşənbə 20:31
Pyer Sarkozi Odessa xəstəxanalarından birinə yerləşdirilib.
Fransa prezidenti Nikolya Sarkozinin oğlu Pyer Sarkozi zəhərlənmə diaqnozu ilə Odessa xəstəxanalarından birinə yerləşdirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Fransa prezidentinin oğlu “Çaykovski” şəhər klubunda qapalı ziyafətdə “DJ”lik edirmiş.

Həkimlər Pyer Sarkozinin həyatı üçün təhlükə olmadığını bildirib. Bu gün axşam saatlarında o, Vətənə qayıdacaq.

Qeyd edək ki, Pyer Sarkozi Fransa prezidentinin Mari-Dominik Küloli ilə nikahından dünyaya gələn oğludur. Məktəb illərindən hip-hop mədəniyyəti ilə maraqlanan Pyer tez-tez klublarda “DJ” qismində çıxış edir. Prezident oğlu olduğunu uzun müddət dostlarından gizlədən Pyer özünü anasının soyadı ilə təqdim edib. Onun prezidentin oğlu olduğu yalnız Nikolya Sarkozinin inaqurasiya mərasimində iştirak etdiyi vaxt məlum olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar