Sarkozinin korrupsiya qalmaqalı sona çatdı
07 Oktyabr 2013 Bazar Ertəsi 22:02
Bordo məhkəməsi Betankur işində cinayət tərkibinin olmadığını müəyyən edib.
Fransada Bordo məhkəməsi ölkənin keçmiş prezidenti Nikola Sarkozi ilə bağlı işə xitam verib. “Betankur” adı almış məhkəmə işində, Sarkozi 2007-ci il seçki kampaniyası üçün Loreal şirkətinin varlı sahibindən külli miqdarda pul almaqda ittiham olunurdu. Loreal şirkətinin sahibi olan Lilian Betankur Fransanın ən zəngin qadınlarındandır və o Alzeymer xəstəliyindən əziyyət çəkir. İddiaya görə, Sarkozi məhz onun xəstəliyindən suistifadə edərək, öz seçki kampaniyasını maliyələşdirib.
Prezident olduğu dövrdə onun siyasi toxunulmazlığı ilə əlaqədar iş qaldırıla bilmədiyindən, yalnız 2013-cü ilin mart ayında bu barədə istintaq başlanılmışdı. Habelə bugün Bordo məhkəməsi cinayət tərkibinin olmaması ilə əlaqədar Betankur işinə xitam verib.
DOSTLARINLA PAYLAŞ: