Esk-prezident Londona köçməyi düşünür.
Fransanın keçmiş prezidenti Nikola Sarkozi Londona köçməyə hazırlaşır. ANS PRESS-in "İtar-Tass"a istinadən verdiyi xəbərə görə, Sarkozi Londonda kapitalı 1,5 milyard dollardan artıq investiya fondu təsis etmək niyyətindədir.
"Evenining standarts" qəzeti yazır ki, Sarkozi Londona köçərsə, o da tanınmış aktyor Jerar Depardye kimi vergilərdən yayına biləcək. Qəzet Sakozi və xanımı Karla Bruninin prestijli Cənub Kensinqton rayonunda yaşayacaqlarını ehtimal edir.