Sarkozi Tuluza əməliyyatından sonra çıxış etdi
22 Mart 2012 Cümə Axşamı 18:30
Fransa prezidenti Məhəmməd Meranın sağ ələ keçirilməsinin qeyri-mümkün olduğunu deyib.
Fransanın Tuluza şəhərində 7 nəfərin ölümündə şübhəli bilinən ərəb əsilli Fransa vətəndaşı Məhəmməd Mera 33 saat davam edən əməliyyat nəticəsində öldürüldükdən sonra, ölkə prezidenti Nikolya Sarkozi çıxış edib.

"Şübhəli şəxsi sağ ələ keçirmək üçün hər şey edildi, lakin bu qeyri-mümkün idi. Bundan sonra da Fransa terrorizmlə mübarizəyə davam edəcək. Bundan sonra internetdə hər hansı radikal və irqi ayrıseçkilik yönümlü fəaliyyətlərlə, təbliğatlarla məşğul olanlar təqib ediləcək və onlara qarşı amansız olacağıq. Fransanın xarici və daxili işlər nazirləri ilə də bu barədə müzakirələr apardıq. Bu faciəvi hadisədən sonra Fransa terrorizmlə mübarizəni daha da gücləndirəcək." - deyə, Sarkozi bildirib.

Fransanın daxili işlər naziri Klod Qean da cinayətkarın öldürüldüyünü təsdiqləyib. Polis onu həbs etməyə çalışıb, lakin o, amansızlıqla polislərə atəş açdığından, cavab atəşi ilə zərərsizləşdirilib. Polislərə atəş aça-aça özünü pəncərədən atan Məhəmməd Mera yerdə ölü tapılıb. 'Fransa polisi hələ heç bir əməliyyatda bu qədər zorakılığın şahidi olmamışdı." - Klod Qean belə deyib.

Qeyd edək ki, əməliyyat zamanı 2 polis əməkdaşı da yaralanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar