Sarkozi sürpriz hazırlayır?
14 Noyabr 2010 Bazar 22:10
İstefaya gedən Fransua Fiyona yenidən hökuməti formalaşdırmaq tapşırığı verilib
Fransa prezidenti Nikolya Sarkozi istefa vermiş baş nazir Fransua Fiyona üçüncü dəfə hökuməti formalaşdırmaq tapşırığı verib. Yeni Nazirlər Kabineti 2012-ci ildə Sarkoziyə xalqın etibarını qazanmağa yardım etməlidir.
Xatırladaq ki, noyabrın 13-də Yelisey sarayı kommünike yayaraq, məlumat verib ki, ölkə prezidenti Nikolya Sarkozi hökumətin istefasını qəbul edib və Fransua Fiyonun səlahiyyətlərinə xitam verib. Bu addım dövlət başçısının hələ 5 ay əvvəl məlumat verdiyi planlı dəyişikliklər çərçivəsində atılıb. Sarkozi əsasən pensiya islahatlarının həyata keçirilməsindən sonra bu dəyişiklikləri etməyi planlaşdırırdı. Hökumətin yeni tərkibi 2012-ci ildə keçiriləcək prezident seçkilərinə qədər fəaliyyət göstərməlidir.
DOSTLARINLA PAYLAŞ: