Sarkozi siyasi rəqiblərini izləyirmiş
21 Yanvar 2012 Şənbə 17:18
Fransa prezidenti bunun üçün xüsusi bölmə yaradıb.
Fransa prezidenti Nikola Sarkozi siyasi rəqiblərini güdürmüş. Bu haqda “Fransız FKB” adlı kitabda əkskəşfiyyatçı agentləri iddia edirlər. "Le Canard Enchaîné" və "Le Point" jurnalistlərinin ortaya çıxardıqları kitabda çeksitlərin dilində belə bir fikir yazılıb: “Əkskəşfiyyatın Mərkəzi Direktorluğunda Sarkozinin rəqiblərinin izlənməsi ilə bağlı xüsusi bölmə yaradılıb. Onun əməkdaşları mənzillərdə və maşınlarda qulaq asma qurğuları yerləşdirir, eləcə də kompüterləri sındırırlar”.
Vaxtı ilə Fransa daxili təhlükəsizlik mərkəzi idarəsini yaradılarkən söz vermişdi ki, onun sələflərinin ittiham olunduğu praktikaya bu yeni qurum son qoyacaq.
Xatırladaq ki, Fransua Mitterana (Fransa prezidenti 1981-1995) bir ısra ictimai xadimlərin telefonlarına qulaq asmaq barədə göstəriş verilmişdi. Lakin xüsusi xidmət idarəsi Yelisey sarayının maraqlarının alətinə çevrildi. Əkskəşfiyyatın direktoru Bernar Skvarsinini kitabda prezidenti müdafiə etmək üçün əlindən gələni edənlərdən biri adlandırır.
Skvarsini isə öz deyib ki, bütün bu təhqiedici ittihamları tamamilə təkzib edir və özünü heç kimin cəsusu hesab etmir. Fransa daxili işlər naziri Klod Qean isə bildirib ki, əkskəşfiyyat hökumətin siyasi aləti deyil, bu qurum qanun çərçivəsində işləyir və siyasi fiqurları da izləmirlər.
"Daily Telegraph" yazır ki, bu kitab Nikola Sarkozi üçün çox pis bir vaxtda, prezident seçkisi qabağı satışa çıxarılıb. Hələ bundan başqa, Fransanın birinci qadını Karla Brunini bu yaxınlarda xeyriyyə vəsaitlərini xərcləməkdə ittiham olunurdu.
DOSTLARINLA PAYLAŞ: