Sarkozi Liviyaya səfər etməyə hazırlaşır
23 Avqust 2011 Çərşənbə Axşamı 03:08
Alen Juppe: “Biz Müammər Qəddafinin fiziki cəhətdən aradan götürülməsinə tərəfdar deyilik”
Fransa prezidenti Nikolya Sarkozi yaxın vaxtlarla Liviyaya səfər etmək niyyətindədir. Bu barədə məlumatı bu ölkənin xarici işlər naziri Alen Juppe verib. “Səfər bu günlərdə olmayacaq. Amma yaxın vaxtlarla həyata keçiriləcək. Nikolya Sarkozi əvvəlcədən bildirildiyiki kimi Benqaziyə və Liviyanın digər şəhərlərinə gedəcək”, - Fransanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

Alen Juppenin sözlərinə görə, Fransa Liviyanın ərazi bütövlüyünün qorunması ideyasına sadiqdir: “Biz Müammər Qəddafinin fiziki cəhətdən aradan götürülməsinə tərəfdar deyilik”.

“Fransa əvvəldən Liviya xalqına kömək edən ilk ölkələrdən olub. O, BMT Təhlükəsizlik Şurasının Benqazidə qan tökülməsinin qarşısını almağa yardım edəcək qərarının yerinə yetirilməsi üçün diplomatik sahədə az səy göstərməyib. Fransa hərbi planda da aktiv fəaliyyət göstərib, hərbçilərimiz britaniyalı həmkarları ilə birlikdə Liviyadakı hərbi əməliyyat zamanı işlərin 80 fazini görüblər”, - Alen Jüppe bəyan edib. Onun sözlərinə görə, Fransa Liviya məsələsində riskə getsə də, bu, yaxşı hesablanmış risk, ədalətli iş və xalqın demokratiya cəhdlərinə dəstək olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar