Sarkozi Liviya müxalifəti ilə görüşüb.
11 Mart 2011 Cümə 00:26
Fransa prezidentinin bu addımı tənqidlə qarşılanıb
Fransa prezidenti Nikolya Sarkozi Yelisey sarayında Liviya müxalifəti nümayyəndələri ilə görüşüb. Lakin onun bu addımı Böyük Britaniya xarici işlər naziri Viliyam Heyq tərəfindən tənqid edilib. "Mən hesab edirəm ki,başçılar danışıqlar aparmaq üçün qanunidirlər.Amma biz dövlət içindəki qruplardan daha çox dövləti tanıyırıq.Amma onlar müzakirələr aparmaq üçün qanuni insanlardır və bizim onlarla danışıqlar aparmağımız çox vacibdir".
Finlandiya xarici işlər naziri Aleksandr Stab da bütün tərəflərlə danışıqlar aparılmalı olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: