Sarkozi kobud zarafatla qarşılaşdı
06 Mart 2011 Bazar 20:51
İnsanlarla əl verib görüşmək istəyən Fransa prezidenti sürprizlə üzləşib.
Fransa prezidenti Nikolya Sarkozi ölkəsində kobud zarafatla qarşılaşıb. Belə ki, qatıldığı proqramdan sonra onu görmək istəyən insanlarla əl verib görüşmək istəyən Sarkozini pis sürpriz gözləyirmiş. Onunla görüşmək istəyənlərə əlini uzadan Sarkozi bir fransızın etdiyi hərəkətdən təəccüblənib.
Əvvəlcə əl vermək istəməsi kimi əlini uzadan vətəndaş bir anda əlini geri çəkdikdə prezidentin əli havada qalıb. Kameraların da lentə aldığı bu hadisədən təəccüblənən Sarkozi heyrətlə yoluna davam edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: