Sarkozi jurnalistə pedofil dedi
24 Noyabr 2010 Çərşənbə 04:30
Buna səbəb jurnalistin Fransa prezidentinə verdiyi sual olub
NATO-nun Lissabonda keçirilən sammitində jurnalistlərlə görüş vaxtı Fransa prezidenti Nikolya Sarkozi ilə bir jurnalist arasında qalmaqal baş verib. Qalmaqala səbəb jurnalistin Sarkoziyə 1995-ci ildə Pakistana sualtı gəmilərin satışından rüşvət alınması və bu puldan prezident seçki kampaniyasında istifadə olunması iddiaları barədə verdiyi sual olub. Jurnalistin sualına əsəbləşən Sarkozinin cavabı isə çox kəskin olub. “Səninlə xüsusi heç bir problemim yoxdur. Amma mən də sənin pedofil (uşaqbaz) olduğunu desəm, əlimdə heç bir dəlil olmadan “belə hiss edirəm” – deyərək bu iddianı ortaya atsam necə olar?”
Qeyd edək ki, bu hadisə jurnalistlərin xahişi və prezident müşavirlərinin vasitəçiliyi ilə ört-basdır edilsə də Fransada nəşr olunan jurnallardan biri hadisəni işıqlandırıb və ictimaiyyət bu qalmaqaldan xəbərdar olub.
DOSTLARINLA PAYLAŞ: