Sarkozi ermənilərin 1 nömrəli düşməninə çevrildi
12 May 2011 Cümə Axşamı 23:36
Aldadıqlarını başa düşən ermənilər Fransa prezidentini cəzalandırmaq qərarına gəlib.
Ermənilər yenə də pis vəziyyətə düşüblər. Necə ki, həmişə pis vəziyyətdə olublar. Belə ki, 2012-ci ildə Fransa və Amerika erməniləri ümumi bir çağırışla rastlaşacaq: hər şeyi etmək lazımdır ki, onları aldadan prezidentlər yenidən seçilməsinlər. “Armtoday” saytında yer alan məqalədən açıq-aydın sezilir ki, indi erməni mətbuatı etiraf edir ki, nə Nikolya Sarkozi, nə də Barak Obama erməni seçicilərinə verdikləri sözlərini yerinə yetirməyib. Belə ki, Fransa prezidenti “erməni soyqırımı”nı tanımayan vətəndaşların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun layihəsinin qəbulu üçün deputatlara heç bir təsir göstərə bilməyib. ABŞ prezidenti isə “erməni soyqırımı”nı tanıyacağı ilə bağlı verdiyi vədləri unudub.
İş ondadır ki, Obamanın verdiyi vədlər hər kəsə tanışdır. Ancaq Sarkozinin vədləri haqda bir çox insan hələ də məlumatlı deyil. Belə ki, 2001-ci ilin yanvarın 29-da Fransa prezidenti Jak Şirak 1998-ci ilin mayın 29-da Fransa Milli Assambleyası və 2000-ci ilin noyabrın 7-də Fransa Senatı tərəfindən qəbul olunan “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsini qəbul etmişdi.
Sonradan Fransanın erməni icması ölkə hökumətindən “erməni soyqırımı”nı inkar edən insanlara qarşı 45 min avro və ya 5 il azadlıqdan məhrumetmə ilə bağlı qanunun qəbul olunmasını xahiş etmişdi. Bu da təbii ki, Xolokostun inkar edilməsi ilə bərabər olmalı idi.
Bu absurd məsələ təbii ki, öz haqqını tapmadı, necə ki tapmayacaqdır. Belə ki, bu zaman Türkiyə Fransaya təzyiq göstərdi və bir sıra fransalı ziyalılar bunu söz azadlığının basqısı kimi qiymətləndirdilər. Təbii ki, bu şərtlər altında Fransa hökuməti bu məsələdən yan keçmək üçün bunu Fransa Milli Assambleyasının öhdəsinə buraxdı. Bu isə ermənilərin diqqətindən yayına bilməzdi. Onlar indi bunun günahını Sarkozidə görürlər.
Məsələ burasındadır ki, Sarkozi prezidentliyə namizəd olduğu müddətdə bu qondarma qanunun Fransa Senatında həllini tapacağına dair dəfələrlə söz vermişdi. Amma prezident olduqdan sonra fikirlərində əsaslı dəyişikliklər etdi. Lakin müəyyən proseslərdən sonra Sarkozi mövqeyini dəyişməli oldu. Fransada, habelə digər Avropa ölkələrində prezidentliyə namizədlərin reytinqində geri qaldığını görən Sarkozi Fransada yaşayan ermənilərlə görüşdü və orada onlara bu qanun layihəsinin Fransa Senatında qəbul olunmasına heç bir maneəçilik etməyəcəyinə inandırmağa çalışdı.
Erməni mətbuatı indi də gileylənir ki, Fransa prezidentinin bu gecikmiş addımı da kifayət qədər olmadı. Ermənilər hesab edir ki, Türkiyə rəhbərliyinin ciddi təbliğatından sonra Fransa hökuməti parlamentdə çoxluq təşkil edən Sarkozinin “Milli hərəkat naminə ittifaq” Partiyasına bu qanun layihəsinin əleyhinə səs verməyi tapşırdı. Bu da mayın 4-də 3 saatlıq danışıqlardan sonra baş tutdu. Fransa Senatı 196-74 səs çoxluğu ilə bu qeyri-ciddi qanun layihəsinin əleyhinə çıxdı və bu qanun layihəsinin qəbulunu rədd etdi.
Amma bununla belə, ermənilər yenə də öz tərsliyindən əl çəkmir. Onlar hələ də ümid edir ki, bu qanun layihəsinin qəbulu ilə bağlı “mübarizə” hələ bitməyib. İndi fransalı ermənilər bütün güclərini və səylərini birləşdirib, aparılan sorğuların nəticələrinə görə reytinqdə aşağı olan Sarkoziyə qarşı bütün seçiciləri ona səs verməməyə çağıracaq. Öz növbəsində ABŞ erməniləri də 2012-ci ildə Amerikada keçiriləcək prezident seçkilərində Obamaya qarşı eyni addımı atmaq niyyətindədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: