Sarkozi bir daha hakimiyyəti gəlməyə bilər
19 Noyabr 2012 Bazar Ertəsi 10:04
Belə ki, eks-prezident Xalq Hərəkatı İttifaqının namizədlər siyahısında yer almayıb
Fransada mərkəzi-sağçı “Xalq Hərəkatı naminə İttifaq” partiyası yeni liderin seçkilərini keçirib. Partiya sədri uğrunda 2 namizəd Fransanın sabiq baş naziri Fransua Fiyon və Jan Fransua Kope mübarizə aparır.
Sonuncu Fiyonla müqayisədə daha çox sağçı prinsiplərə sadiqdir. Kope öz platformasında ələxsus miqrasiya məsələsinə yer ayırır. Müşahidəçilər isə bununla belə mərkəzçi mövqe tutan Fransua Fiyonun qələbə qazanacağını iddia edir.
Partiyadaxili səsvermənin qalibi, böyük ehtimalla 2017-ci ilin prezident seçkilərində “Xalq Hərəkatı naminə ittifaqı təmsil edəcək. Bununla belə ictimai sorğular göstərir ki, hələ də çoxları prezident seçkilərində partiyadan namizəd qismində Nikola Sarkozini görmək istəyir.
DOSTLARINLA PAYLAŞ: