Sarkisyanın şəklini sındıran belçikalı həbs edilə bilər
29 Noyabr 2011 Çərşənbə Axşamı 12:34
Ermənistanda daha bir gülünc insident yaşanıb.
Ermənistanda dünya ictimaiyyətinin gülüşümə səbəb ola biləcək növbəti insident yaşanıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkədə yaşayan Belçika vətəndaşı Lyuk Vandeval İrəvan şəhərindəki orta məktəbində prezident Serj Sarkisyanın şəklinin salındığı çərçivəni sındırdığı üçün həbs edilib. Məlumata görə, Belçika vətəndaşını buna görə 5 il azadlıqdan məhrumetmə və ya minimum əmək haqqının 2-5 misli civarında cərimə gözləyir. Lyuk Vandevalın erməni həyat yoldaşı isə ərinin Serj Sarkisyanın şəklini sındırmasına aydınlıq gətirib.
“Biz qızımın oxuduğu məktəbdə istilik təchizatı üçün hər şagirddən 3 min dram (təqribən 8 dollar-red.) pul yığıldığını eşidib şikayət üçün məktəbə getdik. Orada isə məktəbin əməkdaşları ilə ərim arasında dava baş verdi”, - deyə Lyuk Vandevalin həyat yoldaşı bildirib.
Sonda onu bildirmək istəyərdik ki, ermənilər nə qədər avropalılara özlərinin sivil, tolerant xalq olduqlarını göstərmək istəsələr də sonradan hər şeyin əksi ortalığa çıxır.
Yəqin belçikalı vətəndaş da öz ölkəsində erməni təbliğatının toruna düşərək yaşamaq üçün Ermənistana gəlib. Burada qarşılaşdığı haqsızlıq isə adətən təmkinli olmaları ilə ad çıxaran avropalını da bezdirib. Hirsini Ermənistan prezidentinin şəklininin çərçivəsini sındırmaqla çıxan zavallı Lyuk Vandeval isə görünür Ermənistanda olduğunu unudub.
DOSTLARINLA PAYLAŞ: