Sarkisyanın şəkli qara çərçivəyə salındı
01 Aprel 2011 Cümə 23:02
Qarsda erməni-türk dostluğu abidəsi qarşısında azərbaycanlı və türkiyəli fəallar etiraz aksiyası keçirib
Bu gün Türkiyənin Milliyətçi Hərakat Partiyası və Əsassız erməni iddiaları ilə mübarizə təşkilatı Qars şəhərində erməni-türk abidəsinin yaxınlığında etiraz aksiyası keçiriblər. Aksiya başlamamışdan əvvəl Beynəlxalq Diaspora Təşkilatının rəhbəri İsmayıl Ağayev tədbirin niyə məhz burada keçirmələrinin səbəbinə aydınlıq gətirib. Aksiya başladıqdan sonra isə piket iştirakçıları “Qatil Sarkisyan cavab verəcək”, “Azərbaycan-Türkiyə bir olacaq” kimi şüarlar səsləndiriblər.
Piket iştirakçıları Ermənistan prezidenti Sarkisyanın şəkli qoyulmuş qara çələngi xatirə abidəsinin önünə qoyublar.
Daha sonra çıxışlara start verilib. Çıxış edənlər əsasən ermənilərin əsrlər boyu azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırım aktları, eləcə də saxtakarlıqlara diqqəti yönəldiblər. Onlar bildiriblər ki, nə vaxt Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcək, Azərbaycan torpaqlarını işğaldan azad edəcək və saxta soyqırım iddiaları ilə Türkiyəyə və Türk dünyasına qarşı iddialarından əl şəkəcək, yalnız bu halda Ermənistanla hər hansısa əlaqələr qurula bilər. Yalnız bu halda hər hansısa türk erməninin əlini sıxa bilər. Buna qədər isə aksiya iştirakçıları Ermənistanla hər hansısa münasibəti və yaxınlığı mümkün hesab etmədiklərini bəyan ediblər.
Aksiya iştirakçıları ümumlikdə bütün türk dünyasını birləşməyə və erməni saxtakarlıqlarına, erməni riyakarlıqlarına qarşı mübarizəyə səsləyiblər.
DOSTLARINLA PAYLAŞ: