Sarkisyanın qarşısına şərt qoyan Ovanısyan ondan vəzifə istədi
23 Mart 2013 Şənbə 01:51
Sabiq namizəd Sarkisyandan keçid dövründə qurulacaq hökumətdə 8 vəzifə istəyib.
Ermənistanda keçirilən prezident seçkisində namizəd olan “İrs” partiyasının sədri Raffi Ovanisyan bəzi şərtlər irəli sürərək və bəzi strateji vəzifələri tələb edərək Serj Sarkisyanın qələbəsini qəbul edəcəyini açıqlayıb. ANS PRESS “News.am” saytına istinadən xəbər verir ki, Ovanısyanın ilk şərti 2013-cü ildə ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi olub. Bundan başqa sabiq namizəd seçki qanununda dəyişikliyə gedilməsini və parlament seçkisində proporsional sistemə keçilməsini tələb edib.

Məlumata görə, Raffi Ovanisyanın hazırladığı rəsmi müraciət sənədi Serj Sarkisyana göndərilib.

Qeyd edək ki, Ovanisyan Sarkisyandan keçid dövründə qurulacaq hökumətdə 8 vəzifə istəyib. Məlumata görə, respublika prokurorluğu, Dövlət Gəlir Komitəsi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər nazirliyi, Təhsil nazirliyi, İctimai Nəzarət palatası, Ədliyyə şurası və Korrupsiya ilə Mübarizə komitəsinin rəhbərliyini tələb edən Ovanisyan bu şərtlərlə Sarkisyanın prezidentliyini qəbul edəcəyini açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar