Sarkisyanın müşaviri uşaqbaz çıxdı
02 Fevral 2011 Çərşənbə 12:15
Serob Ter-Peqosyanın pul hesabına uşaqlarını yoldan çıxartdığı bildirilir
Ermənistanın hökumət başçısı ətrafında iri uşaqbaz qalmaqalı yetişməkdədir. ANS PRESS-in “Newsru.com”a istinadən verdiyi xəbərə görə, erməni baş nazir Tiqran Sarkisyanın keçmiş müşaviri, ABŞ vətəndaşı Serob Ter-Peqosyan seksual zəmində cinayətlər seriyasında şübhəli bilinir.
Uşaqbaz tutduğu vəzifədən cəmisi bir ay əvvəl – 2010-cu il 31 dekabr tarixində məhrum olub.
Polisin araşdırmalarına görə, az təminatlı ailələrdən olan oğlan uşaqları Ter-Peqosyanın qurbanı olublar. Baş nazirin sabiq müşaviri onları pul hesabına bu yola cəlb edib.
Dünən Ermənistanın baş naziri Tiqran Sarkisyan öz şəxsi internet bloqunda baş verənlərdən guya qəzəbləndiyini və şoka düşdüyünü yazıb.
“Mənə yenicə xəbər veriblər ki, mənim keçmiş müşavirim, Axtalinsk dağ-zənginləşdirmə kombinatının sahibi, Polis yanında İctimai Şuranın üzvü, “Əməkdaşlığa görə” medalı laureatı Serob Ter-Poqosyan ağır və əxlaqsız cinayətlər törətməkdə ittiham olunur. Hiddətimi bildirmək üçün deməyə söz tapmıram”, - deyə erməni baş nazir yazıb.
O, həmçinin araşdırmaların gedişatını təqib edəcəyini və bütün günahkarların qanun çərçivəsində cəzalandırılacağına əmin olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: