Sarkisyanın danışdığı, Klinyonun susduğu görüş
05 İyul 2010 Bazar Ertəsi 01:15
Serj Sarkisyan Azərbaycan vətəndaşı olan ermənilərin taleyinə növbəti dəfə toxundu.
“Qarabağ xalqı öz taleyini müəyyənləşdirmək və tarizi ərazilərində inkişaf etmək hüququna malikdir”. Ermənistan prezidenti Serj Sarkisyan beynəlxalq hüuquq normalarına zidd bu bəyanatla ABŞ-ın dövlət katibi Hillari Klintonla görüş zamanı çıxış edib. Məlumatı Ermənistanın dövlət başçısının mətbuat xidməti yayıb. Serj Sarkisyaen prezidenti bildirib ki, Qarabağ ermənilərinin bu hüququ ayrılmazdır. Onun sözlərinə görə, dünyanın bir çox xalqları bu hüquq sayəsində özlərini xoşbəxt hesab edirlər. Amma Serj Sarkisyan xoşbəxtliyini başqa ölkənin ərazilərinin işğalında görən axmaq xalqların adını sadalamayıb.
Serj Sarkisyan deyib ki, Birləşsiş Ştatlar bir çox illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verib: “Bu gün erməni xalqı qarşısında duran əsas vəzifə Dağlıq Qarabağ münaqişəsinin beynəlalq hüququn prinsipləri əsasında həllinə nail olmaqdır”.
Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına inansaq, ABŞ-ın dövlət katibi Hillari Klinton görüşdə heç nə danışmayıb. Çünki məlumatda ABŞ rəsmisinin çıxışı barədə bir cümlə də yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: