Sarkisyanerməni həkimlərə etibar etmir
19 İyul 2013 Cümə 22:27
“Qarabağ klanının” üzvləri xəstələnən kimi Avropa klinikalarına üz tuturlar.
Ermənistanın baş naziri Tiqran Sarkisyan öz ölkəsinin həkimlərinə etibar etmir. ANS PRESS-in məlumatına görə, bu barədə bu gün İrəvanda çıxan “Joxovurd” qəzeti yazıb.
Erməni qəzetini belə yazmağa Tiqran Sarkisyanın müayinə üçün xaricə getməsi məcbur edib. Doğrudur, Sarkisyan üç həftəlik məzuniyyəti zamanı harada olmasını gizlətsə də, qəzet bunun izinə düşüb və onun Almaniya klinikalarından birində müayinə olduğunu müəyyən edib. “Niyə o, öz ölkəsinin həkimlərinə etibar etmir?”,- deyə qəzet çoxmənalı sual verib.
Qəzetin yazdığına görə, yalnız baş nazir Sarkisyan deyil, ölkə prezidentindən tutmuş orta və aşağı çinli məmurlara qədər hakim partiyanın hər bir üzvü xəstələnən kimi Avropa klinikalarına üz tutur. Amma burada haqlı sual doğur: Görəsən, aşağı maaşlı erməni məmurlar bahalı Avropa klinikalarında hansı pullarla müalicə olunur? Təbii ki, bu sual üzərində Ermənistanın “Qarabağ klanı” tərəfindən istismar edilən və əsirə çevrilmiş sadə insanları düşünməlidirlər.
DOSTLARINLA PAYLAŞ: