Sarkisyandan Türkmənistana Qarabağ minnətdarlığı
25 Noyabr 2010 Cümə Axşamı 00:50
“Böhran və münaqişələr dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır”
Aşqabadda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdımuhamedova Dağlıq Qarabağ məsələsindəki tərəfsizliyinə görə minnətdarlıq edib. Serj Sarkisyanın sözlərinə görə, rəsmi İrəvanın mövqeyi bundan ibarətdir ki, böhran və münaqişələr istisnasız olaraq dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır.
Ermənistan prezidenti Türkmənistanla iqtisadi əməkdaşlıqdan da danışıb. Onun sözlərinə görə, ikitərəfli səylər nəticəsində ticari-iqtisadi münasibətlərin genişlənməsi, onlara yeni stimul verilməsi mümkün olacaq: “Energetika, nəqliyyat, kənd təsərrüfatı, toxuculuq sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur”.
Serj Sarkisyan bildirib ki, Aşqabada səfəri çərçivəsində mədəniyyət, təhsil sahəsində əməkdaşlıqla bağlı sazişlər imzalanıb, eləcə də, İrəvan və Türkmənistan dövlət universitetləri arasında əməkdaşlıq proqramı təsdiqlənib.
DOSTLARINLA PAYLAŞ: