Sarkisyan yandırıldı...
06 Oktyabr 2009 Çərşənbə Axşamı 23:45
İrəvanda türk-erməni protokollarının əleyhinə etiraz aksiyası keçirilib
Ermənistanın paytaxtı İrəvanda yeni etiraz dalğası başlayıb. “Miatsum” tərəfindən təşkil olunan nümayişlər türk-erməni protokollarına qarşı keçirilib. Aksiya iştirakçıları Merqelyan İnsitutundan erməni "soyqırımı qurbanları"nın xatirə kompleksinə kimi yürüş keçiriblər.
Nümayiş iştirakçıları abidə kompleksinin qarşısında türk-erməni protokollarının surətini və Ermənistan prezidenti Serj Sarkisyanın şəklini yandırıblar. Lakin erməni polisinin müdaxiləsi nəticəsində sonuncu yanmağa macal tapmayıb. Aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını kompleks ərazisini tərk etməyə çağırıb.
Təşəbbüsün koordinatoru Jirayr Sefilyanın sözlərinə görə, protokolların belə simvolik olaraq yandırılması İrəvanın bütün icmalarında təşkil olunacaq. “Ermənilərin türklərə uduzacaqlarını fikirləşənlər yanılır”, - deyə Jirayr Sefilyan söyləyib.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: