Sarkisyan xəstəliyə tutulub?
27 Avqust 2011 Şənbə 13:04
Ermənistan prezidenti tez-tez xəstəxanaya baş çəkir
Ermənistan prezidenti Serj Sarkisyan yerli xəstəxanaların birində müalicə keçir. Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır ki, erməni dövlət başçısı tez-tez “Nairi” xəstəxanasına baş çəkir. Bundan başqa, həmin xəstəxanada xüsusi olaraq prezident xəstəxana palatası da var.
Erməni jurnalistlərin Sarkisyanın şikayətinin məhz nə olduğunu öyrənməyə çalışsa da, cəhdləri heç bir nəticə verməyib. Tibb mərkəzinin tibbi heyəti prezidentlə bağlı suallara cavab vermək istəməyib.
Prezident sarayı da məsələ ilə bağlı hər hansı bir şərh verməyib. “Aykakan Jamanak” yazır ki, prezidentin səhhəti ilə bağlı tez-tez müxtəlif şayiələr yayılır.
DOSTLARINLA PAYLAŞ: