Sarkisyan: "Türkiyə ilə bağlı qərarımızı vermişik"
11 Aprel 2010 Bazar 10:00
Ermənistan prezidenti Vaşinqtona səfəri öncəsi belə deyib
"Ermənistan Türkiyə ilə əlaqələri barəsində qərarını verib. Ancaq bunu açıqlamaq üçün hələ tezdir". Bu sözləri ABŞ-ın paytaxtı Vaşinqtona səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib. O, qərarın vaxtı gələndə ictimaiyyətə açıqlanacağını qeyd edib.
Qərarın hər hansı bir detalını açıqlamaqdan qaçan erməni lideri "Qərarımızın nə qədər düzgün olduğunu o zaman anlayacağıq. Belə vəziyyətlərdə doğru qərar vermək önəmlidir", deyə bildirib.

Ermənistan prezidenti Vaşinqton səfəri ilə bağlı da danışıb. O, səfərin önəmli olduğunu və Vaşinqtonda bir sıra görüşlər keçirəcəyini qeyd edib.

Xatırladaq ki, Sarkisyanın 12-13 aprel tarixlərində Vaşinqtonda qlobal nüvə təhlükəsizliyi sammiti çərçivəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar