Sarkisyan sabah Rusiyaya gedəcək
21 Dekabr 2010 Çərşənbə Axşamı 23:20
Ermənistanın baş naziri Sankt-Peterburqda Vladimir Putinlə görüşəcək
Sabah Ermənistanın baş naziri Tiqran Sarkisyan Sankt-Peterburqa səfər edəcək. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində Ermənistan hökumət başçısının rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir. Danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq əlaqələri müzakirə ediləcək.

Ermənistan nümayəndə heyətinin tərkibinə hökumət aparatının rəhbəri David Sarkisyan, maliyyə naziri Vaçe Qabrielyan, energetika və təbii sərvətlər naziri Armen Movsisyan, xarici işlər nazirinin müavini Şavarş Koçaryan və digər səlahiyyətli şəxslər daxildir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar